Təhsil Nazirliyi `xanlıq`lara bölünüb:
Hər yeni kadr təyinatından sonra qaysaq bağlayıb, sağalacağını düşündüyümüz təhsil sektoru korrupsioner direktor və “müəllim”lərin ucbatından irəliləməkdən, daha da geriyə düşür. Son bir neçə ay ərzində təhsil sektorunda baş verən müəllim-şagird münasibətlərini, həmçinin bir qism direktorlar tərəfindən yeni məktəbli forması almağa məcbur edilən valideynlərin, eyni zamanda “məktəb təmiri” adı ilə müəllimlərin, şagirdlərin cibinə girib, əlli, yüz manat qoparmağa çalışan “təhsil işçiləri”nin varlığı Təhsil Nazirliyinin bu məsələlərə qarşı hələ də tutarlı bir addım atmadığını göstərir.
Sanki orta məktəblər Təhsil Nazirliyindən bağımsız, heç hara və heç kimə hesabat verməyən “kiçik xanlıqlar”a çevrilib. Hər məktəb xanlıqdır və onu xan kimi idarə edən direktoru var. Bu direktorlara bəzən elə firon da demək olar. Təbii ki bu, məktəbin harada yerləşməsinə və ölçüsünə görə dəyişir. Hər ay bir neçə “müəllim”in rüşvət qalmaqalına görə işindən qovulduğu, ciddi ictimai tənqidə məruz qaldığı bir vaxtda özlərini xan, firon kimi aparan bəzi məktəb direktorları heç kimdən, heç nədən çəkinmədən, qorxmadan vatsap vasitəsilə ümumi qrupa səs göndərir və bildirir ki, filan gün hər kəs əlli manat pul gətirsin, məktəb təmir olunacaq. Yaxşı, bu direktor belə açıq-aşkar, rahatlıqla, qorxusuzca necə belə bir tələb ortaya qoya bilir? O, dəfələrlə belə səs yazılarına görə bədbəxt olan, abrı-həyası ətəyinə bükülüb, təhsildən rədd edilənləri görmürmü? Elə isə nədir bu rahatlıq, sərbəstlik?!

Sərbəstliklə səs yazısı göndərərək məktəb təmiri adı ilə işçilərdən pul tələb etmək, hələ bir bunu amiranə şəkildə ifadə etmək bu “balaca fironlar”ın nəyəsə, kiməsə güvəndiyini göstərir. Bu qədər acgözlüklə pul qoparmaq, yığmaq, özü də bunu açıq-aşkar edə bilmək cürəti nədən qaynaqlanır? Bəlkə həmin direktorlar elə “verdiyini yığmağa” çalışır? Bu, ehtimal ola bilərmi? Məncə, reallıqdır. Rüşvətin, korrupsiyanın baş alıb getdiyi qurumlarda verdiyini yığmaq, yazılmamış qanunlardan biridir və bunu demək olar, hər kəs çox gözəl bilir.

Təhsil Nazirliyi isə bu kimi hadisələrdə çox zaman ağzına su alıb oturur, problemləri əsasən Təhsil İdarəsinə yönləndirir və bildirir ki, məktəblərə Təhsil İdarəsi cavabdehdir. Təhsil Nazirliyinin birbaşa nəzarəti altında olmalı olan bu “balaca tiranlıq”ların indinin özündə də bəzi müəllimlərin, hətta valideynlərin üzərində göstərişvermə, pul tələbetmə “haqqı” var. Yalnız səs yazıları yayımlanandan sonra Təhsil Nazirliyi əl-ayağa düşüb, tədbir görməyə çalışır.

Ölkədə ən çox rüşvət, pul yeyintisi “tikinti, təmir” adı ilə alınır, mənimsənilir. Məktəb Təhsil Nazirliyinin nəzdində olan dövlət müəsisəsidirsə, nəyə görə orda çalışan müəllimlər, şagirdlər, hətta valideynlər həmin binanın tikintisi üçün əlli, yüz manat pul verməlidirlər? O məktəbi təmir etmək kimin vəzifəsidir? Hər il təhsilə ayrılan milyonlarla manat vəsait hara “buxarlanır”? Hər halda bu suallara cavab yaxın perspektivdə mümkün olmayacaq, ancaq bu, bir həqiqətdir ki, Azərbaycanda bir məktəb, bir də kazarma “təmiri” heç bir zaman bitmir. Nə deyək, işiniz avand olmasın...
Bizimyol.info

Bölmənin digər xəbərləri

18 Aprel 2025 Bakıda həmin vaxt avtobuslardan pulsuz istifadə ediləcək?
18 Aprel 2025 İcra Hakimiyyəti məndən hər ay 500 manat istəyir
18 Aprel 2025 Təhsil Tələbə Krediti Fondu kimlərə kredit verib? - Rəsmi yoxlama aparıldı, ortaya elə faktlar çıxdı ki...
18 Aprel 2025 Bakıda təhlükəli vəziyyət: Körpünü bu balaca taxta saxlayır – FOTO
18 Aprel 2025 Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin bu əmlaklarına həbs qoyulacaq-Siyahı
18 Aprel 2025 Məşhur plastik cərrahlara qadağa - Siyahıda yoxdular
18 Aprel 2025 "Şərur" MTK-nın mənzillərini su damır- Video
18 Aprel 2025 Rusiya İran casusunu Azərbaycana vermədi - DETALLAR
18 Aprel 2025 Kürdəmirdə 2 yaşlı körpə xəstəxanada öldü
17 Aprel 2025 Bakıda ataya hücum edib, uşaqlarını qaçırdılar
17 Aprel 2025 “Sədərək” ticarət mərkəzi su altında qaldı – VİDEO
17 Aprel 2025 ”Bakıxanov Residence”də evləri yağış damır -VİDEO
16 Aprel 2025 Bakıda taksilərin qiyməti qalxdı: 60 manat
16 Aprel 2025 DTX işə qarışdı, nazir işdən çıxarılır: həbs oluna bilər - TƏFƏRRÜAT
16 Aprel 2025 “Köməkçiləri, katibələri, ailəsi-uşağı üçün maşın alırlar” - REAKSİYA
15 Aprel 2025 Teleqramda kütləvi bloklanma
15 Aprel 2025 Həbs edilən sabiq məmurun şok əməlləri - 6,5 milyonluq fırıldaq
14 Aprel 2025 MKİ UNO ilə bağlı sənədin məxfiliyini ləğv edib – sovet əsgərləri “uçan boşqab” vurubmuş
14 Aprel 2025 "Mənə maşın hədiyyə edilməyib, yalan söhbətdir"
14 Aprel 2025 Təhlükəli hidrometeoroloji hadisə ilə bağlı xəbərdarlıq

Dünyapress TV

Xəbər lenti